Seyran Ohanyan Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi ilə Ermənistan-Azərbaycan sərhədindəki durumu müzakirə edib

Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini, Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Serqun Ermənistana səfər edib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində İ. Serqun Ermənistan müdafiə naziri Seyran Ohanyanla görüşüb.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan sərhədindəki durum və digər məsələlər müzakirə edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri