BMW salonunun açılışında iki yeni modelin qapalı təqdimatı keçirilib

BMW salonunun açılışında iki yeni modelin qapalı təqdimatı keçirilib Azərbaycan avtomobil sektorunun qabaqcıl şirkətlərindən biri olan “Improtex Motors” MMM əsaslı təmirdən sonra BMW satış və sərgi salonunun qapılarını yenidən açır və iki möhtəşəm və xarizmatik modeli təqdim edir – yeni BMW X5 M və X6 M. Bavariya avtomobil istehsalçısının həvəskarları üçün sözügedən salonu ziyarət edərək avtomobil seçimini maksimal rahat şəraitdə həyata keçirmək imkanı yaradılıb.

Əsaslı təmirdən sonra BMW avtosalonunun ümumi sahəsi 750 m2 təşkil edir ki, bundan 650 m2 ekspozisiya üçün ayrılıb. Yeni salonda eyni zamanda 20-dən çox avtomobil yer ala bilir, lakin rahatlığı və genişliyi təmin etmək üçün “Improtex Motors” şirkəti salonda eyni vaxtda 12 avtomobil modelinədək nümayiş etdirməyi qərara alıb. Şourumun ərazisi avtomobillərin bütün model xəttini və eksklüziv aksessuarları nümayiş etdirməyə imkan verir, avtosalonun ərazisində yerləşən Texniki Xidmət Mərkəzi istənilən müştərinin tələbini ödəyəcək.

“Əsaslı təmirdən sonra bizim avtosalonda resepşn və müştərilər üçün gözləmə zonası yer alıb. Ziyarətçilərə yeni texnologiyalar və BMW avtomobil salonunun hansı materiallardan işlənməsi ilə tanış olmaq imkanı yaradılacaq. Bundan başqa, bizim peşəkar məsləhətçilərimiz bütün sualları cavablandıraraq ziyarətçilərə düzgün seçim etməkdə də yardımçı olacaqlar. Müasir avadanlıqlarla təchiz olunmuş Texniki Xidmət Mərkəzinə gəldikdə, qeyd etmək olar ki, təmirdən sonra burada avtomobilləri qəbul edən iş yerlərinin yenidən təşkili yaradılıb və bunun əsas məqsədi təmir və xidmət göstərmək üçün avtomobillərin təhvil-təslimini yaxşılaşdırmaq, müştərilər üçün daha komfort şərait yaratmaq və onların məmnunluq hissini artırmaqdır. Müxtəsər, Bavariya avtomobil istehsalçısının rahatlığını və keyfiyyətini müştəriyə hiss etdirmək üçün bizim avtosalonda lazımi müasir şərait yaradılıb”, - deyə “Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov bildirib.

Onu da qeyd etmək lazımdır ki, Texniki Xidmət Mərkəzində 3D formatında avtomobil çarxlarının uyğunluğunu və aralanmasını, həmçinin meyl dərəcəsini göstərən çarxların maillik-toplaşma yeni stendi quraşdırılıb. Eyni zamanda, bu avadanlıq yeni 4 dayaqlı və uzadılmış platforma ilə qaldırıcı liftin montajını da nəzərdə tutur ki, sözügedən platforma uzun avtomobillərdə lazımi nizamlanma və ölçü götürməyə imkan yaradır. Bundan başqa, servis mərkəzi dinamometrik stend ilə də təchiz olunub. Bu stendin məqsədi avtomobilin dartıcı-dinamik və güc xassələrini müəyyənləşdirməkdir. Standart və idman sinfinə aid olan avtomobillərin gənc sahiblərinin çoxu avtomobillərinin texniki, əsasən də sürət və at gücü imkanları ilə maraqlanırlar. Adıçəkilən stend də məhz bu göstəriciləri müəyyənləşdirmək üçün nəzərdə tutulub. Texniki Xidmət Mərkəzində digər yeniliklərin tətbiqi yeni 7-ci nəsil BMW ilə əlaqədardır ki, bu modelin buraxılışı cari ilin oktyabr-noyabr aylarında gözlənilir.

Qeyd edək ki, Bakının Salamzadə küçəsi, 33 ünvanında yerləşən BMW avtomobil salonunun açılış mərasimi çərçivəsində “Improtex Motors” şirkəti 2015-ci ilin iki yeni modelinin təqdimatını da keçirib – BMW X5 M və BMW X6 M.

Yeni BMW X5 və X6 son nəslin ən güclü və sürətli modelləridir. İkinci X6 M və üçüncü X5 M modelləri əvvəlki mühərriklə təchiz olunsa da onun məhsuldarlığı 20 at gücü və 70 Nyuton-metr artıb. Yeni modellərin, həmçinin, texniki göstəriciləri, xarici dizaynı və salonun işlənməsi də dəyişikliyə məruz qalıb.

Bavariyalı mühəndislər 4,4 litr həcmə malik biturbo mühərrikini gücləndirdikdən sonra aqreqatın gücü 575 at gücü, maksimal fırlanma anı isə 750 Nyuton-metrədək artıb. Hazırda bu mühərriklə krossoverlər 100 km/saat sürəti cəmi 4,2 saniyəyə yığır ki, bu da əvvəlki versiyalardan 0,5 saniyə tezdir. Hər iki modelin maksimal sürəti 250 km/saat həddində ağıllı elektronika ilə məhdudlaşdırılıb. Güc aqreqatı ilə cütlükdə idman dinamikasını təmin edən yeni 8 pilləli “M Steptronic” avtomat transmissiyası və “xDrive” tam ötürmə sistemi çalışır.

Bundan başqa, hər iki krossover “M ServoTronic” tipli “Dynamic Control Damper System” (üç rejimdə çalışır) idarəetmə sistemi ilə təchiz olunub. Eyni zamanda, məhsuldar əyləc sistemi və 10 millimetr aşağı salınmış idman tipli asqı mövcuddur. Standart olaraq avtomobillər 20 düymlük alüminium təkər diskləri ilə komplektləşdirilib ki, bu disklər “Michelin Pilot Super Sport” xüsusi şinlərlə təchiz olunub.

Eksteryerin və interyerin dizaynına gəldikdə isə yolsuzluq avtomobili və kross-kupe təhdidedici, aqressiv qabaq bamperə, yenidən işlənmiş radiator barmaqlığına və aerodinamik yan ətəklərə sahibdirlər. Hər iki avtomobil havalanan ön qanadlar və yanlarda aerodinamik arxa görünüş güzgüləri əldə edib. İdman tərzi arxa hissədə də davam edir. Burada fərqləndirici bamper və yeni idman xaricetmə sisteminin dörd ədəd borusu ilə əhatə olunan diffuzor görmək mümkündür. Salonda idman üslubunda hazırlanmış sükanı və oturacaqları da qeyd etmək olar. Salon yüksək keyfiyyətli dəri və alkantara ilə işlənib. Opsiyalar arasında “Harman Kardon”dan olan akustikanı, 4 zonaya işləyən iqlimə nəzarət sistemini, həmçinin daha çox funksiya əldə edən proyeksiyalı LCD displeyi vurğulamaq olar.

“Yeni M versiyaları adi vəziyyətdə görəndə, insanın ürək döyüntüləri tezləşir. Təsəvvür edin ki, onların sahibləri sükan arxasında olarkən nələr yaşayır. Biz şadıq ki, yeni BMW X5 M və BMW X6 M Azərbaycandakı sürət və lüks sinfindən olan avtomobillər həvəskarları üçün əlçatan olub. Biz bütün müştərilərimizi avtomobil modellərimizin texnoloji üstünlüyə malik olduğuna əmin olmaq və düzgün seçim etmək üçün təmirdən yeni çıxmış BMW satış və sərgi salonuna dəvət edirik”, - deyə BMW konsernin Şərqi Avropa üzrə müdiri Reynhard Mund bildirib.

(adv)

BMW salonunun açılışında iki yeni modelin qapalı təqdimatı keçirilib

BMW salonunun açılışında iki yeni modelin qapalı təqdimatı keçirilib

BMW salonunun açılışında iki yeni modelin qapalı təqdimatı keçirilib

BMW salonunun açılışında iki yeni modelin qapalı təqdimatı keçirilib

BMW salonunun açılışında iki yeni modelin qapalı təqdimatı keçirilib

BMW salonunun açılışında iki yeni modelin qapalı təqdimatı keçirilib

BMW salonunun açılışında iki yeni modelin qapalı təqdimatı keçirilib


Şərhlər
Avtomobil bölməsinin xəbərləri