Bakı sakinindən 9 kiloqramdan artıq marixuana götürülüb

Bakıda polis xeyli miqdarda narkotik vasitə aşkarlayıb.


Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan Natiq Səlimovdan 9 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri