İspaniyanın “Atletik” klubu Bakıya gəlir

İspaniyanın “Atletik” klubu Bakıya gəlirBakının "İnter" klubu isə səfərdə 2:1 hesabı ilə qalib gəldiyi İslandiyanın "Hafnarfyordur" komandasını qəbul edib.

Oyunda hesabı paytaxt təmsilçiləri açıblar - Abbas Hüseynov, 45+1' (1:0)

Lakin ikinci hissənin əvvəlində qonaqlar iki ardıcıl qolla önə keçiblər - 1:2. 55-ci dəqiqədə "Hafnarfyordur"un heyətində ikinci qolun müəllifi Finnboqason qırmızı vərəqə alaraq meydanı tərk edib.

Əsas vaxt bu hesabla başa çatıb. İki oyunun nəticəsinə görə hesab bərabər olduğundan qalibi müəyyən etmək üçün əlavə vaxt təyn edilib.

Əlavə hissənin əvvəlində Rauf Əliyev hesaba tarazlıq gətirib - 2:2. Oyun bu hesabla yekunlaşıb.

Beləliklə, bu nəticə ilə "İnter" tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, komandamızın növbəti mərhələdə rəqibi İspaniyanın “Atletik” klubu olacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri