Azərbaycanın təyyarə və helikopterləri cəbhəboyu uçuşlar keçirir

Azərbaycanın təyyarə və helikopterləri cəbhəboyu uçuşlar keçirir Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri cəbhəboyu zona üzərində uçuşlar keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən keçirilir.

Təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru qoşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri