Endi Vorholun sərgisi Bakıda

Endi Vorholun sərgisi Bakıda Məşhur amerikalı rəssam Endi Vorholun iyunun 21-də Heydər Əliyev Mərkəzində açılışı olacaq sərgisinin banerləri Bakı küçələrində quraşdırılıb.

Heydər Əliyev Mərkəzindən Trend-ə bildiriblər ki, Endi Vorholun Bakıda keçiriləcək ilk sərgisinin rəsmi açılış mərasimində Endi Vorhol Muzeyinin nümayəndələri, yerli və xarici qonaqların iştirakı nəzərdə tutulub.

Dünyada böyük maraqla qarşılanan rəssamın Bakıda təşkil olunacaq "Həyat, ölüm və gözəllik" sərgisində 100-dək əsər nümayiş etdiriləcək.

Bu sərgi Heydər Əliyev Mərkəzinin dünya mədəniyyətinin Azərbaycanda tanıdılması, müxtəlif ölkələrin mədəniyyətləri arasında körpü yaratmaq fəaliyyəti çərçivəsində təşkil olunur.

Üç ayadək davam edəcək sərgidə yerli və beynəlxalq ictimaiyyətin, Endi Vorhol sənətinin pərəstişkarlarının rəssamın əsərləri ilə yaxından tanışlıq imkanı olacaq.

Endi Vorhol (1928-1987) rəssamlıqla yanaşı, prodüser, yazıçı, kinorejissor kimi də fəaliyyət göstərib. O, müasir incəsənətdə pop-art hərəkatının parlaq nümayəndələrindəndir.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57