Məşhur aktyor Ömər Şərif vəfat edib

Məşhur Hollivud aktyoru Ömər Şərif 83 yaşında vəfat edib.

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiya” telekanalı məlumat yayıb.

Dünya şöhrətli aktyor son illər Altsqeymer xəstəliyindən əziyyət çəkirdi.

Ömər Şərif (Mişel Demitri Şəlhub) 1932-ci il aprelin 10-da Misirdə doğulub. 1954-cü ildə kino karyerasına başlayıb, 1962 -ci ildə "Oskar" mükafatının sahibi olub. 2002-ci ildə Misirə qayıdıb. “Ərəbistanlı Lourens” (1962), “Doktor Jivaqo” (1965),“Gülməli qızcığaz” (1968) və digər filmlərin ulduzu sonuncu dəfə 2013-cü ildə kinoya çəkilib.

2015-ci ildə aktyorun prodüseri onun Altsqeymer xəstəliyindən əziyyət çəkdiyini bildirib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57