Bakıda 21 yaşlı qadın bıçaqlanıb

Bakıda 21 yaşlı qadın bıçaqlanıb.


Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ramana qəsəbəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Röya Həmid qızı Baxışova naməlum şəxslər tərəfindən bıçaqlanıb.


Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri