Çili Amerika kubokunun qalibi olub

Bu gecə futbol üzrə Amerika kubokunun qalibi müəyyənləşib.

Santyaqoda keçirilən final matçında turnirə sahiblik edən Çili və Argentina yığma komandaları qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmadığından qalibi müəyyənləşdirmək üçün on bir metrlik cərimə zərbələri seriyası təyin olunub. Penaltiləri daha dəqiq yerinə yetirən Çili yığması rəqibinə 4:1 hesabı ilə qalib gələrək Amerika kubokuna sahib olub.

Qeyd edək ki, Çili yığması tarixdə ilk dəfə olaraq Amerika kubokunun qalibi olub.

Bir gün əvvəl isə Peru 2:0 hesabı ilə Paraqvay yığmasını məğlub edərək turnirin bürünc medallarını qazanib.



APA
Şərhlər
İdman bölməsinin xəbərləri