Qalatasaray" ulduz futbolçunu rəsmən açıqladı

Türkiyənin ən titullu klubu "Qalatasaray" alman futbolçu Lukas Podolski ilə bağlı rəsmi açıqlama yayıb.

ANS-in məlumatına görə, "Cim-Bom" futbolçu ilə danışıqlara başlandığını birjaya da bildirib. İstanbul təmsilçisinin rəsmi açıqlamasında deyilir:

"Qalatasaray klubu "Arsenal" futbolçusu Lukas Podolskinin transferi üçün rəsmi danışıqlara başlayıb. "Arsenal" klubu ilə Lukas Josef Podolskinin transferi üçün rəsmi olaraq danışıqlar aparılır. Oyunçu 4 iyun tarixində İstanbula gələcək və xəstəxanamızda sağlamlıq testindən keçəcək. İctimaiyyət transferlə bağlı xəbərdar ediləcək", - deyə rəsmi açıqlamada bildirilir.



"Qalatasaray" klubunun rəsmi açıqlaması

Alman futbolçu bu gün səhər saatlarında saatlarında İstanbulda olacaq. Podolskini gətirən təyyarə Bakı vaxtı ilə saat 12:45-də İstanbul Sabiha Gökçen Havalımanına enəcək.

Təcrübəli futbolçuyla transferlə bağlı son detalları razılaşdıran "Qalatasaray" İdarə heyəti üzvü Cüneyt Tanman da bu gün İstanbula gələcək. Podolski üçün bu gün saat 18:00-da imza mərasimi keçiriləcək. Alman ulduz ilə 3 illik müqavilə imzalanacaq.

Alman futbolçu Lukas Podolski

Karyeri uğurlarla zəngin olan Lukas Padolski professional futbola Almaniyanın "Köln" klubunda başlayıb. 2003-2006-cı illər ərzində klubunda keçirdiyi 81 matçda 46 qol vurmağı bacaran hucumçu 2006-cı ildən "Bavariya" klubuna transfer olunub. Münhen təmsilçisnin heyətində 71 görüşdə 15 qola imza atan Lukas 2009-cu ildə yenidən "Köln"ə qayıdıb.

Daha 3 mövsüm burada çıxış etdikdən sonra Padolski alman futbolunu ingilis futboluna dəyişib. "Arsenal"a keçidi isə o qədər də uğurlu alınmayıb. 53 görüşdə cəmi 19 dəfə rəqib qapılarını silkələyən almaniyalı hücumçu 2015-ci ilin qış fasiləsində icarə əsasında "İnter"ə transfer olunub.

Padolski milli komanda ilə bir dəfə dünya çempionu (2014), iki dəfə dünya üçüncüsü (2006, 2010), bir dəfə avropa ikincisi (2008) olub. Bundan başqa Lukas 2006-ci ildə Dünya Çempionatının "ən yaxşı gənc futbolçusu" adına layiq görülüb.
Şərhlər
İdman bölməsinin xəbərləri