Falkao rəsmən "Çelsi"də

İngiltərənin "Çelsi" futbol klubu kolumbiyalı futbolçu Radamel Falkaonu transfer edib.

ANS-in məlumatına görə London klubu "Monako"nun hücumçusunu icarəyə götürüb. 2014-2015-ci il mövsümündə “Mançester Yunayted”də də icarə əsasənda forma geyinən 29 yaşlı futbolçu kariyerasını yenə İngiltərədə davam etdirəcək.

Futbolçu yeni komandası ilə Avropa arenalarında uğur qazanacağına ümid etdiyini bildirib. “Çelsi”nin baş məşqçisi Joze Mourinyo da bunun əla transfer olduğunu söyləyib və Falkaonun əvvəlki formasını bərpa etməsi üçün əllərindən gələni edəcəyini bildirib.

Falkao kariyerasına Argentinanın “River Pleyt” klubunda başlayıb. 2005-ci ildən 2009-cu ilə kimi oynadığı 90 matçda 34 qola imza atıb. Ulduzu isə Portuqaliyanın “Portu”klubunda parlayıb. Keçirdiyi 51 qarşılaşmada 41 dəfə rəqib qapılarına yol tapıb. 2011-ci ildə 40 milyon avro qarşılığında İspaniyanın “Atletiko” Madrid klubuna transfer olunub. Komandası ilə 68 matça çıxan Falkao, 52 dəfə sevinib. 2013-cü ildə 60 milyona Fransanın “Monako” klubuna keçib. 2014-cü ildə isə İngiltərənin "Mançester Yunayted" klubuna icarəyə verilib.

Falkao 2007-ci ildən Kolumbiya yığmasının heyətində çıxış edir və oynadığı 54 matçda 21 dəfə rəqib qapılarına yol tapıb.
Şərhlər
İdman bölməsinin xəbərləri