Zərdabda minik maşını velosipedçini vurub öldürüb

Zərdabda minik maşını velosipedçini vurub.

Rayon polis şöbəsindən APA –ya verilən məlumata görə, hadisə Zərdab şəhərində baş verib.

Ağcabədi rayon sakini 1975 – ci il təvəllüdlü Piriyev Rövşən Yaqub oğlu idarə etdiyi “Mercedes” markalı minik maşını ilə velosipedçi, rayonun Qoşaoba kənd sakini 1982 – ci il təvəllüdlü Qasımov Tahir Vaqif oğlunu vurub. Nəticədə T. Qasımov aldığı müxtəlif ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Hadisənin baş vermə səbəbi araşdırılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri