Roza Zərgərli yay turnesinə çıxdı [Foto]

Roza Zərgərli yay turnesinə çıxdı [Foto] Tanınmış azərbaycanlı müğənni Roza Zərgərli bölgələrdə yay turne konsertlərinə start verib.

Live.Az-a açıqlama verən ifaçı bildirib ki, turnenin ilk konserti Siyəsən rayonunda olub: “Nəhayət bu mövsüm solo konsertlərə start verdik. Biz bu konsertləri “Bakı vaxtı ilə hər bir obada” adı altında, “Ben prodakşn”ın dəstəyi altına həyata keçiririk. İlk konsertimiz Siyəzəndə möhtəşəm oldu. Turne zamanı bölgələrdə həyata keçirdiyimiz konsertlərin hər biri “Baku 2015” Avropa Oyunlarının idmançılarına həsr olunub. Belə ki, Siyəzən konserti “Baku 2015”in bürünc mükafatçısı Niyazi Əliyevə həsr olunmuşdu. Növbəti konsertlərimiz isə digər çempionlara həsr olunacaq”.

Qeyd edək ki, aparıcı Zabir Əliyevin aparıcılığı ilə baş tutan konsertdə R.Zərgərlini “Bakı instrumental ansamblı” müşayiət edib. Gecədə qonaq qismində müğənni Sevinc Ağaşirinova də çıxış edib.

Foto Eko Agalarov
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53