Hacı İbrahim Nehrəmli: "Khazar İslands" layihəsində çalışanlara bir aylıq maaş borcu qalıb"

Hacı İbrahim Nehrəmli: "Khazar İslands" layihəsində çalışanlara bir aylıq maaş borcu qalıb" Khazar İslands" layihədə çalışan işçilərin əmək haqlarının ödənilməsində 3 aylıq gecikmə var idi. Lakin artıq bu məsələ həllini tapıb. İşçilərin əmək haqları hissə-hissə verilib. Hazırda bir ayın borcu qalıb, onu da yaxında həll edəcəyik. Amma bütün işçilər layihənin icrasında iştirak edir".

Bunu APA-ya açıqlamasında "Avesta" konserninin prezidenti, "Khazar İslands" layihəsinin rəhbəri İbrahim İbrahimov (Hacı İbrahim Nehrəmli) deyib.

O, Azərbaycan Beynəlxalq Bankına olan borcunu da qrafikə uyğun ödədiyini qeyd edib.

"Khazar İslands" layihəsinin icrasına yeni kreditlərin cəlb olunmasından danışan iş adamı bildirib ki, yerli banklardan kredit götürməsə də, xarici investor və maliyyə təsisatları ilə danışıqları davam etdirir.

"Çox yaxında Çindən olan investorlarla iri müqavilə imzalayacağıq. Müqavilənin ümumi dəyəri 1,5 milyard dollardır. Kommersiya sirri olduğundan detalları açıqlaya bilmərəm", - deyə, o qeyd edib.

İ. İbrahimov layihə üzərindəki mülkiyyətçiliyinin ləğv edilməsi ilə bağlı yayılan xəbərlərin əsassız olduğunu da qeyd edib: "Hazırda özüm də Qaradağdayam ("Khazar İslands" Qaradağ rayonunda yerləşir - red.) İstər "Khazar İslands" layihəsi, istərsə də "Avesta" Konsernin satılması barədə xəbərlər həqiqəti əks etdirmir".
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri