Azərbaycan prezidenti İlham Əliyev Kəmaləddin Heydərov və Azad Rəhimovu mükafatlandırıb

Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, təltif olunanlar arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov və gənclər və idman naziri Azad Rəhimov da var.

K. Heydərov Azərbaycan prezidentinin sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, A. Rəhimov isə "Şöhrət" ordeni ilə təltif olunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri