ABŞ-da təyyarə yaşayış evinin üzərinə düşüb

ABŞ-ın Pleynvill şəhərində (Massaçusets ştatı) yüngülmotorlu təyyarə yaşayış evinin üzərinə düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 3 nəfər ölüb.

İlkin ehtimala əsasən, Pensilvaniya ştatında havaya qalxan təyyarənin mühərrikində nasazlıq yaranıb.

Təyyarə dörd nəfər ailə üzvünün yaşadığı fərdi evin üzərinə düşüb. Qəza nəticəsində evdə güclü yanğın başlayıb. Sakinlər vaxtında evi tərk edə biliblər, onların həyatlarına təhlükə yoxdur.

Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.
Şərhlər
Dünya bölməsinin xəbərləri