Azərbaycanda 42 dərəcə isti olacaq

Azərbaycanda iyunun 29-a gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyunun 29-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşama doğru şimal-qərb küləyi ilə əvəzlənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcəyədək yüksələcəyi gözlənilir.
Dağlarda havanın temperaturu gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri