Qırmızı dənizin dibilə elektrik enerjisi xətləri çəkilə bilər

Qırmızı dənizin dibilə elektrik enerjisi xətləri çəkilə bilər Səudiyyə Ərəbistanı və Misir milli elektrik sistemlərinin birləşdirilməsi haqqında müqavilə imzalayıblar. Trend-in RBK-ya istinadən verdiyi məlumatda deyilir ki, 1.6 milyard dollar dəyərində olan layihə iki ölkəyə elektrik enerjisi ticarətini aparmağa imkan verəcək.

Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanının iri dövlət enerji şirkəti "Saudi Electricity" və Misirin "Egyptian Electric Holding"i dənizin altı ilə elektrik xətlərinin çəkilişini reallaşdırmağı planlaşdırırlar. Bu xətlə isə 3 min MVtt eletrik enerjisinin ötürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında elektrik enerjisi daha çox günorta saatlarında - kondisionerlərin işlədiyi vaxt sərf olunur. Lakin Misirdə bu cür istifadə gecə saatlarında baş tutur.

Milli elektrik sistemlərinin birləşdirilməsilə Səudiyyə Ərəbistanı Misirə elektrik enerjisi ixrac edəcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri