Istanbulun Gezi parkında kəsilən ağaclar geri qaytarılacaq

Istanbulun Gezi parkında kəsilən ağaclar geri qaytarılacaq İstanbulun Gezi parkında kəsilən ağaclar geri qaytarılacaq. Bu barədə şənbə günü gecə İstanbul bələdiyyə sədri Kadir Topbaş canlı yayımda söyləyib. Trend Sabah qəzetinə istinadən məlumat verir.

"563 olan ağac sayını 600-ə qədər çoxaltması üçün bir iş görəcəyik",- Topbaş bildirib.

Gezi parkında ağacların kəsilməsi İstanbulda və Türkiyənin digər şəhərlərində genişmiqyaslı etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

Türkiyənin 48 şəhərində 90-dan yuxarı etiraz aksiyası keçirilib. Bu barədə Trend Türkiyənin daxili işlər naziri Muammer Gülerə istinadən şənbə günü məlumat verir.

Onun sözlərinə görə, etiraz aksiyaları ilə əlaqədar, 939 nəfər saxlanılıb, onlardan bir qismi ifadə verdikdən sonra sərbəst buraxılıb.

Taksim meydanında etiraz aksiyaları başladığı vaxtdan indiyənədək 53 nəfər yaralanıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri