Məşhur türk müğənni azərbaycanlı biznesmen “sevgilisi” barədə açıqlama verib

Türkiyəli tanınmış müğənni Bengü azərbaycanlı biznesmenlə münasibətinə dair iddialara cavab verib. İddialara cavablayan müğənninin vəkili Bengünün sənət həyatında böyük uğurlara imza atmış bir müğənni olduğunu, yayılan məlumatların isə dedi-qodu olduğunu deyib. “Bengü sənət həyatında adından sadəcə uğurları ilə söz etdirən, həmçinin ailə həyatında da nümunəvi bir insandır. Onun barəsində yayılan xəbərlər xəyal məhsuludur və həqiqəti əks etdirmir”.

Xatırladaq ki, Bengü martın 11-də 5 ildir birlikdə olduğu sevgilisi Akın Altandan ayrılmış, Türkiyə mətbuatında bu ayrılığın müğənninin azərbaycanlı biznesmen sevgilisi səbəbindən baş verdiyi iddia olunmuşdu.



ANS
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri