Nizami Kino Mərkəzində yeni filmin nümayişi başlanıb

Nizami Kino Mərkəzində  yeni filmin nümayişi başlanıb Nizami Kino Mərkəzində iyunun 04–dən etibarən ABŞ- ın istehsalı olan “Cəsus” adlı filmin nümayişinə başlanıb.

Rejissor və ssenari müəllifi Pol Fiqin çəkdiyi “Cəsus” filmi döyüş və komediya janrındadır.

Baş qəhrəman Syuzi Kuper məxvi araşdırma agenti olmağı arzulayır və bu amalla ABŞ-ın mərkəzi kəşviyyat idarəsində işə düzəlir. Amma uzun müddət işləməyinə baxmayaraq karyera irəliləyişi olmur. Sonunda, xəyalından əl çəkməyən Syuzanın üzünə taleh gülür. Nüvə bombasının yerini öyrənmək tapşırığını almış, yaxşı hesabda olan agentlərdən biri işi batırır. Syuzan bu əməliyyatın öhdəsindən gələcəkmi?

Filmdə rolları Mellisa MakKarti, Cud Lou, Raad Ravi, Cessika Çaffin. Miranda Xart, Sem Riçardson, Keti Dippold, Romeyn Apelbaum, Rouz Birn, Riçard Breyk və digər aktyorlar canlandırıblar.



Live.az
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57