Azərbaycanda şirkət direktoru həbs edilib

“City Devoloper” MMC-nin direktoru Bəkirov Ratmir Əliəşrəf oğlu həbs edilib.

R. Bəkirovun vəkili Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R. Bəkirovun barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən cinayət işi başlanılıb.

R. Bəkirovun Azərbaycan Beynəlxalq Bankına kredit borcunun olduğu bildirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri