Alsu "Maşın"da

Alsu "Maşın"da Rusiyanın tanınmış ifaçısı Alsu Bakıya "Maşın" realiti-şousunda qonaq olub.

ANS-in məlumatına görə, Alsu Bakı ilə bağlı təəssüratlarını bölüşüb, paytaxtımıza gəlişinin səbəbini açıqlayıb:

"Mən Bakını və azərbaycanlıları çox sevirəm. Çox sağ olun ki, məni bura dəvət etmisiniz. Yaxın dostum Orxan və Nəzrinin toyuna gəlmişəm. Onları təbrik edirəm. Amma çox təəssüf ki, bu toy belə bir faciə ilə üst-üstə düşdü".

Polad Bülbüloğlunun "Səhər" mahnısını ifa etdi, bir bəndi isə azərbaycanca oxudu.

Alsu realiti-şounun iştirakçılarına uğurlar arzulayıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri