Çində daşqınlar nəticəsində 2,5 minədək ev uçub, 57 nəfər ölüb

Çinin cənubunda tüğyan edən leysan yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 57-yə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlərdən 16 nəfəri Quyçou əyalətində binanın uçması nəticəsində ölüb. Yağışlar səbəbindən Quansi-Çuan əyalətində uşaqlarla dolu avtobus qəzaya uğrayıb, nəticədə 21 uşaq müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Daşqınlar nəticəsində ümumilikdə 242 min adam ziyan çəkib. Məlumata görə, dəymiş ziyanın həcmi 337 mln dollar təşkil edir. Daşqınlar nəticəsində 2,5 minədək ev uçub.
Şərhlər
Dünya bölməsinin xəbərləri