Bakı-Qazax magistral yolunda maşın aşıb, sürücü ölüb, sərnişin yaralanıb

Bakı-Qazax magistral yolunun Goranboy rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə mayın 23-də saat 03:00 radələrində baş verib.

Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Aftandil Salmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Qəza zamanı sürücü ölüb, avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1956-cı il təvəllüdlü Mayıl Haqverdiyev ağır yaralanaraq Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri