Elnur Hüseynov "Eurovision 2015" mahnı müsabiqəsinin final mərhələsinə keçib

Azərbaycan təmsilçisi beynəlxalq mahnı müsabiqəsinin ikinci hissəsində çıxış edəcək

Vyanada "Eurovision 2015" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Live.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Elnur Hüseynov "Hour of the Wolf" mahnısnı uğurla ifa edərək finala keçib.

Azərbaycanla yanaşı birinci yarımfinaldan yekun mərhələyə Litva, Polşa, Sloveniya, İsveç, Norveç, Montoneqro, Kipr, Latviya və İsrail keçib.

Qeyd edək ki, Elnur Hüseynov mahnı müsabiqəsinin ikinci hissəsində çıxış edəcək.

“Eurovision”ın final mərhələsi mayın 23-də baş tutacaq.


Xatırladaq ki, birinci yarımfinalda Rusiya, Albaniya, Serbiya, Rumıniya, Belarus, Yunanıstan, Estoniya, Macarıstan, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.

Qeyd edək ki, Avstriya, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Avstraliya və İspaniya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri