Ağdamda 6-ci sinif şagirdi bacısını güllələyib

Azərbaycanın Ağdam rayonunda 8-ci sinif şagirdi yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Ayaq Gərvənd kəndində qeydə alınıb. Xıdırlı kəndindən olan məcburi köçkün Həsənova Ayşən Hüseynqulu qızı evdə 6 sinifdə Hüseyn Həsənovla birgə olub. İlkin ehtimala görə, uşaqlar evdə oynayarkən H. Həsənovun əlindəki silahdan atəş açılıb və A.Həsənovaya dəyib. Nəticədə A. Həsənova aldığı güllə yarasından ölüb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri