Koreya, Meksika, Əlcəzair və digər ölkələrin başçıları Azərbaycan prezidentini təbrik ediblər

Koreya Respublikasının prezidenti Pak Kın He Azərbaycan dövlət başçısı İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Pak Kın Henin məktubunda deyilir:

“Zati-aliləri, Milli bayram – 28 May - Respublika Günü münasibətilə sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istəyirəm. Əminəm ki, ötən illər ərzində ölkələrimiz arasında möhkəmlənmiş dostluq və əməkdaşlıq münasibətləri daha da inkişaf edəcək və xalqlarımıza böyük xoşbəxtlik gətirəcək. Zati-alilərinizə bir daha möhkəm cansağlığı və Sizin gözəl ölkəyə əbədi firavanlıq arzularımı çatdırıram”.

İ. Əliyevi 28 May - Respublika Günü münasibəti ilə həmçinin Peru prezidenti Ollanta Humala Tasso, Əlcəzair prezidenti Əbdüləziz Buteflika, Makedoniya prezidenti George İvanov, Meksika prezidenti Enrique Pena Nieto, Liberiya prezidenti Ellen Conson-Serlif və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud təbrik ediblər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri